“Ramil Şeydayevi yavaş-yavaş oynatmağa başlayırıq”

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” sabah Türkiyə 1-ci liqasının 21-ci turunda “Adanaspor”u qəbul edəcək.

Komanda.az xəbər verir ki, komandanın baş məşqçisi Ərtuğrul Sağlam oyun qabağı yerli jurnalistlərə açıqlama verib.

Yeni transferlərdən də danışan mütəxəssis Ramil Şeydayevin komandaya tədricən uyğunlaşdığını bildirib:

“Ramil Şeydayevi yavaş-yavaş oynatmağa başlayırıq. Duhan Aksu oynamağa imkan verəcək fiziki vəziyyətə qayıdır. Cümə gününə qədər bizə daha bir yeni futbolçu qoşularsa, o zaman oyun sistemimizdəki siyahını tam şəkildə tamamlayacağıq. Super Liqaya çıxmaq uğrunda mübarizəni davam etdirəcəyik”.

Yanvar ayında  “Kocaelispor”la 1,5 illik müqavilə imzalayan Şeydayev ötən həftə yeni komandasında debüt edib. O, “Altaya” qalib gəldikləri görüşdə (2:0) start heyətində meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button