Rakitiç “Sevilya”dan ayrıldı

“Sevilya”nın yarımmüdafiəçisi İvan Rakitiç klubdan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin saytı məlumat yayıb.

35 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubuna keçib. O, “Əl-Şəbab”la 2,5 illik müqavilə imzalayıb.

Rakitiç “Sevilya”nın yeni baş məşqçisi Kike Sançes Floresin rəhbərliyi altında az oyun şansı qazanmasından narazı idi. 

Rakitiç 2020-ci ildə “Barselona”dan “Sevilya”ya keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button