“Vaxtı geri qaytarsaq, “Barselona” daha 2-3 dəfə Çempionlar Liqasını qazanardı” – Rakitiç

“Barselona”nın keçmiş yarımmüdafiəçisi İvan Rakitiç vaxtı geri qaytara bilsə, komandanın daha 2-3 dəfə Çempionlar Liqasını qazanacağına əmin olduğunu bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu, vaxtı geri qaytarmaq mümkün olsa, “Barselona”nın hər şeyi düzəldəcəyini bildirib:

“Əminəm ki, vaxtı geri qaytarsaq, “Barselona” hər şeyi düzəldər və daha 2-3 dəfə Çempionlar Liqasını qazanardı. Düşünürəm ki, futbolçular matçlara daha məsuliyyətlə yanaşardılar”.

Rakitiç “Barselona” ilə yalnız bir dəfə ÇL kubokunu qazanmışdı – 2014/15 debüt mövsümündə.

Xorvat futbolçu hazırda Səudiyyə Ərəbistanının “Əş-Şabab” klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button