Rakitiç “Barselona”dan ayrılacaq? – Açıqlama

“Barselona”dan ayrılacağı iddia edilən İvan Rakitiç İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan xorvat yarımmüdafiəçi, “Barselona”dan ayrılmaq istəmədiyini deyib:

“Mənim hələ üç illik müqaviləm var və burda qalmaq istəyirəm. Böyük klubların mənimlə maraqlandığını eşitmək qürurvericidir. Ancaq mən özümü “Barselona”dan başqa klubda görmürəm”.

“Barselona” ilə 2021-ci ilə qədər müqaviləsi olan Rakitiçlə “Bavariya” və “İnter” yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button