“Yamal küçədə elə gəzir ki, sanki şalvarı yoxdur”

“Barselona”nın yarımmüdafiəçisi Rafinya, komanda yoldaşı Lamin Yamal haqqında maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu “TNT Sports”-a açıqlamasında Yamala yüngülcə irad bildirib:

“Yamal bir az şalvarına fikir versin. O, küçədə elə gəzir ki, sanki şalvarı yoxdur. Buna diqqət etməlidir (gülür)”.

18 yaşlı Yamal bu mövsüm İspaniya La Liqasında 28 oyuna çıxaraq, 16 qol vurub və 11 məhsuldar ötürmə verib. Onun bazar dəyəri təxminən 200 milyon avro olaraq qiymətləndirilir və “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button