Rafinya “Barselona”dan ayrılmaq istəsə…

“Barselona”nın yarımmüdafiəçisi Rafinya Dias gələn ilin yayında klubdan ayrıla bilər.

Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimi qüvvədə olsa da, ona Səudiyyə Ərəbistanının bir neçə təmsilçisi uzun müddətdir maraq göstərir.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi qarşıdakı dünya çempionatından sonra Rafinyanın transferinə “yaşıl işıq” yandırmağa hazırdır.

Bunun üçün əsas şərt 29 yaşlı futbolçunun özü tərəfindən klubdan ayrılmaq barədə rəsmi istəyin bildirilməsi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button