“Milan” Rabyo olmadan tam başqadır” – Sabiq futbolçu

İtaliya futbolunun veteranlarından Cüzeppe Berqomi hesab edir ki, “Milan”ın “Latsio”ya məğlubiyyətinin (0:1) əsas səbəblərindən biri Adrien Rabyonun yoxluğu olub.

Fransalı yarımmüdafiəçi əvvəlki oyunda sarı vərəqə aldığı üçün diskvalifikasiya olunmuşdu və bu qarşılaşmanı buraxmaq məcburiyyətində qalmışdı. Onun yoxluğunda isə “Milan” məğlubiyyətlə üzləşdi.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, Berqomi, Rabyonun meydanda olmamasının komandanın oyununa ciddi təsir göstərdiyini bildirib:

“Bu, artıq tam başqa “Milan”dır – fərq çox böyükdür. Rabyo və Luka Modriç komanda üçün çox vacibdir. Massimiliano Alleqrinin (baş məşqçi) onların xüsusiyyətlərinə uyğun bərabər səviyyəli alternativi yoxdur”.

Berqomi futbolçu karyerası ərzində yalnız “İnter”in formasını geyinib və 1979–1999-cu illər arasında bu klubda çıxış edib. Hazırda isə məhz onun keçmiş komandası A Seriyasının turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button