Rəsmi: “Barselona” futbolçusunu satdı

İspaniyanın “Eybar” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Barselona”dan Mark Kukurellanı transfer edib. Bu barədə “Eybar”ın rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçiylə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Barselona”nın aşağı yaş qrupları üzrə komandalarında çıxış edən Kukurella, geridə qalan mövsümü icarə əsasında “Eybar”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button