
Rəşad Sadıqovla 100-cü qələbə
“Zirə” baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi dövründə 100-cü qələbəsini əldə edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu tarixi nailiyyət Misli Premyer Liqasının 20-ci turunda keçirilən “Karvan-Yevlax”la qarşılaşmaya təsadüf edib.
Doğma meydanda baş tutan görüşdə 1:0 hesabı ilə qalib gələn “qartallar” Sadıqovun rəhbərliyi altında çıxdığı 220-ci sınaqda yubiley qələbəsinə sevinib.
Bu qələbələrdən 82-si Premyer Liqa, 14-ü Azərbaycan kuboku, 4-ü isə avrokubok matçlarında qeydə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



