“Rəqiblərimiz ciddi qəbul edilməli komandalardır” – Xabi Alonso

“Bu, asan olmayacaq. Matçlara tam məsuliyyətlə yanaşacağıq. Məqsədimiz yalnız qrupun qalibi olmaqdır”.

Komanda.az “Westdeutsche Zeitung”ə istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso deyib.

Bu gün atılan püşkü dəyərləndirən ispaniyalı mütəxəssis bildirib ki, qrupun favoriti olsalar da, rəqiblər də ciddiyə alınası komandalardır: “Keçən il Avropa Liqasının yarımfinalında “Roma” ilə oyun (0:1, 0:0) ətrafında yaranan eyforiya bizi daha da diqqətli olmağa vadar edir. Bəli, biz qrupun favoritiyik, lakin rəqiblərimiz ciddi qəbul edilməli komandalardır”.

Xatırladaq ki, “Bayer” H qrupunda “Qarabağ”la yanaşı, İsveç “Haken”i və Norveçin “Molde” klubu ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button