Rəsmi: “Araz-Naxçıvan” yeni baş məşqçisini açıqladı

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi bəlli olub.

Komanda.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

Bu posta Cavid Hüseynov təyin edilib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Futbolçu kimi müxtəlif illərdə “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə”, Türkiyənin “Adana Dəmirspor” klublarının, həmçinin, Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinmiş Hüseynov məşqçi kimi “Şamaxı” klubunda fəaliyyətə başlayıb.

“Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışmış 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button