Rəqibini dişləyən futbolçuya 4 oyunluq cəza

İtaliyanın “Latsio” klubunun yarımmüdafiəçisi Patrik Qabarron 4 oyunluq cəzalandırılıb.

Komanda.az xəbər verir ki, buna onun A Seriyasının 31-ci turu çərçivəsində “Leççe”yə qarşı keçirdikləri səfər oyunu zamanı rəqib futbolçu Julio Donatini dişləməsi səbəb olub.

“Barselona”nın yetirməsi olan, “Latsio”da 2015-ci ildən çıxış edən ispaniyalı futbolçu 1:2 hesabıyla uduzduqları bu qarşılaşmanın 90-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Artıq İtaliya Futbol Federasiyası 27 yaşlı yarımmüdafiəçini bu hərəkətinə görə 4 oyunluq diskvalifikasiya edib. Qabarron həm də 10 min avro cərimə ödəyəcək.