“Bu komandada dünya səviyyəli istedadlar var” – Klopp

İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində “Mançester Yunayted”lə qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, rəqibin keyfiyyətlərindən danışan alman mütəxəssis, oyunun çətin keçəcəyini bildirib:

“Mançester Yunayted” hazırda dörd yarışda mübarizə aparır, bu, onların komanda keyfiyyətindən xəbər verir. Bəzi futbolçuları heyətə qataraq, hazırda Avropanın ən güclü komandalarından biri oldular. Bu komandada dünya səviyyəli istedadlar var. Əlbəttə, nəyisə yaratmaq üçün vaxt lazımdır, amma onlar əla çıxış edirlər və möhtəşəm nəticələr qazanırlar. Bilirik ki, bu gün ən çətin rəqiblərimizdən biri ilə qarşılaşacağıq. Rəqibimizin gücünə hörmət edirik, amma hər zaman öz gücümüzə, keyfiyyətlərimizə diqqət etmişik. Çox yaxşı komanda olduğumuzu, futbolçularımızın düzgün yanaşmaya sahib olduğunu bilirik. Komandada bir-birimizə və etdiklərimizə inanırıq”.

“Liverpul” – “Mançester Yunayted” oyunu bu gün, saat 20:30-da başlayacaq.