
“Qəbələ” legioneri ilə vidalaşdı
“Qəbələ” klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
2025-ci ilin yayından komandada çıxış edən Fil Dişi Sahilindən olan oyunçu bu müddətdə 35 oyunda 4 qol vurub. O, Misli Premyer Liqasında 30 (4 qol), pley-offda 1, ölkə Azərbaycan Kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 məhsuldar ötürməyə imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



