Səudiyyə Ərəbistanı klubu Qvardiolaya baş məşqçi postunu təklif edib

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun Pep Qvardiola ilə maraqlandığı məlum olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ispaniyalı mütəxəssisin agenti Xose Maria Orobit açıqlama verib. Onun sözlərinə görə, tərəflər arasında müəyyən təmaslar baş tutsa da, danışıqlar ciddi mərhələyə keçməyib:

“Təmaslar oldu, amma bundan artıq heç nə yox idi. Onlar çox böyük məbləğ təklif etmədilər. Hazırda Qvardiola ilə bağlı heç bir təklif yoxdur”.

Daha əvvəl Qvardiolanın 2025/26 mövsümünün sonunda “Mançester Siti”dən ayrılacağı açıqlanmışdı.

O, 2016-cı ildən “şəhərlilər”i” çalışdırır. Komanda onun rəhbərliyi altında 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub, həmçinin, UEFA Çempionlar Liqasını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button