“Bəlkə də, onu müqavilənin uzadılmasına razı sala bilərik” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandadan ayrılacağı deyilən Erik Qarsiya ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, 19 yaşlı futbolçunun “şəhərlilər”də qalacağına ümid etdiyini bildirib:

“Qarsiyanın ayrılmaq istədiyini bilirəm, amma bəlkə də, onu müqavilənin uzadılmasına razı sala bilərik. O, sabit çıxış edən futbolçudur. Onun komandamızda olmasından məmnunuq”.

Qarsiyanın adı “Barselona” ilə yanaşı çəkilir. Onun MS ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button