Qvardiolanın Alonso arzusu

“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola keçən ilin dekabrında “Arsenal”a baş məşqçi təyin olunan köməkçisi Mikel Artetanın boşluğunu doldurmaq üçün axtarışdadır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssisin əsas namizədi İspaniyadadır. Qvardiola “Real Sosyedad”ın B komandasını çalışdıran Xabi Alonso ilə birlikdə çalışmaq istəyir.

Alonso 2014-2016-cı illərdə “Bavariya”da Qvardiolanın rəhbərliyi altında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button