Qvardioladan həmkarına dəstək

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə kubokunun “Çelsi” ilə matçı barədə (4:0) açıqlama verib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “zadəganlar”ın çalışdırıcısı Qrem Potterə dəstək nümayiş etdirib:

“Çelsi” rəhbərliyinə demək istəyirəm ki, Qrem Potterə vaxt versinlər. Hər bir məşqçi onunla eyni vəziyyətdə ola bilər”.

İngiltərə kubokunda mübarizəni dayandıran “Çelsi” son 7 rəsmi oyunda 1 dəfə qələbə qazanıb.

“Mançester Siti”nin növbəti mərhələdəki rəqibi “Arsenal” – “Oksford” cütünün qalibi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button