“Qvardiola olmasaydı, bu gün burda olmazdım” – Arteta

İngiltərə kubokunun final matçında “Çelsi”yə 2:1 hesabı ilə qalib gələn “Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Komanda.az xəbər verir ki, London klubunda ilk titulunu qazanan mütəxəssis, bunları deyib:

“Düşünürəm ki, bu, karyeramın ən gözəl anı oldu, çünki yaşadığımız çətinlikləri bilirəm. Yeganə vəzifəm vardı, futbolçuları və digər işçiləri bu uğura inandırmaq. Bura gəlməyə qərar verəndə qarşılaşacağımız çətinlikləri və gözləntiləri bilirdim. Etdiklərimizdən qürur duyuram”.

“Arsenal”dan əvvəl “Mançester Siti”də Pep Qvardiolanın köməkçisi kimi çalışan Arteta, ispan mütəxəssisi də yada salıb:

“O, məşqçi olaraq inkişafımda əsas şəxs oldu. Ona böyük minnətdarlığım var. Qvardiola olmasaydı, bu gün burda olmazdım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button