Qvardiola: “Heç vaxt “Atletiko”nun oyununu tənqid etməmişəm”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko”ya qarşı cavab oyunundan (0:0, ilk oyun – 1:0) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Qvardiola, heç vaxt “Atletiko”nun oyununu tənqid etmədiyini bildirib:

“Mən heç vaxt “Atletiko”nun oyununu tənqid etməmişəm. Onların futbolçularının davranışı ilə bağlı deyəcək heç nəyim yoxdur. “Atletiko”ya böyük hörmətim var. Bu komandanın futbol üçün böyük xidmətləri var.

Məni oyun üslublarını müzakirə etməyə məcbur etməyin. Dieqo Simeone (“Atletiko”nun baş məşqçisi) komandasını istədiyi kimi oynatmaq hüququna malikdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button