Qvardiola: “İnanılmaz dərəcədə yaxşı komandaya qarşı oynadıq”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə ilk oyunundan sonra açıqlama verib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Atletiko”nu tərifləyib:

“Biz inanılmaz dərəcədə yaxşı komandaya qarşı oynadıq. Çox çətin oldu, amma sonda yaxşı nəticə əldə etdik. Həm ikinci, həm də üçüncü qolu vurmaq üçün şanslarımız oldu. Uşaqlar yaxşı oynadılar.

Bu turnirdə daim oynayan və böyük təcrübəsi olan komandaya qarşı mübarizə aparmaq çox çətindir. Madriddəki cavab matçında yenə qol vurmağa və qalib gəlməyə çalışacağıq”.

“Mançester Siti” “Atletiko”nu 1:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button