
Qvardiola icarədə olan müdafiəçilərin geri qayıtmasını istəmir
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola heyət problemlərinə baxmayaraq, başqa klublarda icarə əsasında oynayan mərkəz müdafiəçilərini geri çağırmayacaqlarını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Manuel Akanji və Vitor Reisin yanvar ayında komandaya qayıtmayacağını deyib:
“Akanji və Reisi qış transfer pəncərəsində geri qaytarmayacağıq”.
”Şəhərlilər” “Çelsi” ilə son oyunda (1:1) iki mərkəz müdafiəçisini itirib. Ruben Diaş təxminən bir ay oynaya bilməyəcək, Yoşko Qvardiol isə mövsümün qalan hissəsini buraxmaq riski ilə üzləşib.
Akanji hazırda “İnter”də, Reis isə “Jirona”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



