
“Quba” səfərdə “Lənkəran”ı məğlub etdi
Azərbaycan Basketbol Liqasının 19-cu turunun daha bir oyunu keçirilib.
Komanda.az xəbər verir ki, “Quba” səfərdə “Lənkəran”la üz-üzə gəlib. Lənkəran Olimpiya İdman Kompleksində gerçəkləşən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 94:88.
19-cu tura martın 15-də yekun vurulacaq. Daha əvvəl “Ordu” “Sumqayıt”ı (121:98), “Naxçıvan” “Sərhədçi”ni (83:67) məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



