“Qrupun mütləq favoritiyik” – Marek Hamşik

Futbol üzrə Slovakiya yığmasının kapitanı Marek Hamşik UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib.

Komanda.az xəbər verir ki, sözügedən komanda C Liqasında Belarus, Azərbaycan, eləcə də Qazaxıstan-Moldova cütünün qalibi ilə birgə 3-cü qrupda mübarizə aparacaq.

Hazırda Türkiyənin “Trabzonspor” klubunda çıxış edən 34 yaşlı futbolçu Belarus və Azərbaycan yığmalarını yaxşı tanıdıqlarını bildirib:

“Qrupdakı rəqiblərlə daha əvvəl qarşılaşmışıq. Deyə bilərik ki, onların hamısı keçmiş SSRİ ölkələridir. Bu 3 kollektiv bir-birinin oyununa bələddir. Qrupda tanımadığımız yeni rəqib yer alacaq. Bu ya Qazaxıstan, ya da Moldova millisi olacaq. Münasib qrupa düşdüyümüzü düşünürəm. Biz mütləq favoritik və 1-ci yer uğrunda mübarizə aparacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button