“Qrizmannla müqavilə imzalamaq asan olmadı” – “Barselona”nın prezidenti

İspaniyanın “Barselona” klubunun prezidenti Xosep Maria Bartomeu yeni transfer Antuan Qrizmannla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, fransalı futbolçunu transfer etməyin asan olmadığını bildirib:

“Qrizmannla müqavilə imzalamaq asan olmadı. Hazırda hər şeydən çox məmnunuq. Belə bir qərar üçün ona təşəkkür edirik. Biz onunla danışıqlara may ayından başladıq. Mart və ya aprel ayında heç bir danışığımız olmamışdı.

“Atletiko”nun bəyanatına gəlincə, mən onlarla danışdım. Başa düşürəm ki, onlar öz maraqlarını qoruyurlar, amma bu vəziyyətin onlara müsbət təsir edəcəyinə inanmıram”.

“Barselona” Qrizmannın transferini açıqladıqdan sonra “Atletiko” bəyanat yayaraq, fransalı hücumçu ilə müqavilənin bəndinə əsasən, iyulun 1-nə kimi onun təzminat qiymətinin 120 yox, 200 milyon avro olduğunu bildirib. Kataloniya təmsilçisi məhz son məbləği ödəyərək, 28 yaşlı oyunçunu alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button