Qrizmann “Atletiko”dan ayrıldığını rəsmən açıqladı

Futbol üzrə Fransa yığmasının hücumçusu Antuan Qrizmann İspaniyanın “Atletiko” klubu ilə yollarını ayırır.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən futbolçu Madrid klubunun rəsmi saytına açıqlamasında məlumat verib. O, mövsümün sonunda paytaxt təmsilçisindən ayrılacağını bəyan edib və azarkeşlərlə vidalaşıb:

“Mənim üçün inanılmaz bir 5 il oldu. Hər şey üçün sizə təşəkkür edirəm. Həmişə qəlbimdə qalacaqsız”.

Qrizmannın “Atletiko” ilə müqaviləsində 120 milyon avroya sərbəst qalmasına dair maddə mövcuddu. İspaniyanın digər klubu “Barselona”nın həmin məbləği ödəməklə Antuanı transfer edəcəyi iddia olunur.

Fransalı forvard geridə qalan 5 il ərzində “Atletiko”da 256 oyuna çıxıb. 28 yaşlı futbolçu bu oyunlarda 133 qol vurub, 50 məhsuldar ötürmə məllifi olub.