Qrinvudun yeni klubu məlum oldu

“Xetafe” “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvudu transfer edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı ingilis futboolçu 2023/2024 mövsümünün sonuna kimi İspaniya klubunda icarə əsasında çıxış edəcək.

Qrinvud “Mançester Yunayted”in məzunudur. Onun klubla müqaviləsi 2025-ci ilin iyununa qədər nəzərdə tutulub.

Daha əvvəl “qırmızı şeytanlar” hücumçu ilə yollarını ayırmaq planlarını açıqlayan bəyanat yaymışdı. Qrinvud özü də klub rəhbərliyinin bu qərarı ilə razılaşıb. O, bu mövsüm heç bir oyunda iştirak etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button