Qoretska qərar verməyib

Almaniyalı yarımmüdafiəçi Leon Qoretska “Bayern”dən ayrıldıqdan sonra azad agent statusunda olsa da, karyerasını harada davam etdirəcəyinə hələ qərar verməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, iddia olunanın əksinə, 31 yaşlı futbolçu “Barselona” ilə danışıqlar aparmır. Kataloniya klubu da zədələnən Frenki de Yonqun əvəzi kimi Qoretskanın transferini nəzərdən keçirmir.

Qoretska 2025/26 mövsümündə 48 oyunda meydana çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button