
Qordonun gəlişi Rafinyanın statusunu dəyişəcək?
“Barselona”nın yeni transferi Entoni Qordonla bağlı maraqlı detallar ortaya çıxıb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, ingiltərəli hücumçunun gəlişi baş məşqçi Hans-Diter Flikin Rafinya ilə bağlı planlarını dəyişməyib.
Bildirilir ki, Flik hələ də braziliyalı futbolçunu komandanın əsas lideri, kapitanı və paltardəyişmə otağının aparıcı simalarından biri kimi görür. Alman mütəxəssisin planı hücum xəttində rəqabəti artırmaq və komandanın taktiki variantlarını genişləndirməkdir.
Rafinya ötən mövsüm bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə verib. Qordon isə son mövsümdə “Nyukasl”da keçirdiyi 46 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



