İngiltərəli futbolçu “Nyukasl”dan ayrılmağa qərar verib

“Nyukasl”ın vingeri Entoni Qordon yay transfer dövründə komandanı tərk etməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli oyunçu karyerasında növbəti addımı atmaq niyyətindədir. O, hesab edir ki, artıq “Nyukasl” səviyyəsini geridə qoyub və yeni çağırışa hazırdır.

Qordon daha çox pul qazanmaq və müntəzəm olaraq UEFA Çempionlar Liqasında çıxış etmək istəyir.

25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 46 oyuna çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə verib. Daha əvvəl yayılan məlumatlara görə, onunla “Bayern” maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button