Qonşuları Rodridən bu hərəkətinə görə şikayət etdilər – FOTO

Polis “Mançester Siti”nin futbolçusu Rodrinin əleyhinə araşdırmaya başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

İspaniyalı futbolçunun qonşuları onun dronları pəncərələrinin yaxınlığında uçurduğunu və şəxsi həyatlarının pozulduğunu iddia edərək, hüquq-mühafizə orqanlarına müraciət ediblər. Araşdırma, Rodrinin balkonunda dron idarəedicisi ilə çəkilmiş fotolarının yayılmasından sonra başlanıb.

“Televiziya izləyərkən gözləmədiyiniz şey dronun pəncərənizin yanında uçmasıdır” deyə, qonşulardan biri bildirib.

Qonşular polisə müraciət etməzdən öncə hadisəni bina sakinlərinin sosial media qrupunda müzakirə ediblər və daha sonra şikayət ünvanlayıblar.

Rodri cari mövsümdə “Mançester Siti” ilə bütün turnirlərdə 24 oyuna çıxıb və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button