“Qarabağ”a qarşı bərbad oynadıq” – “Kəpəz”in legioneri

“Qarabağ”a qarşı bərbad oynadıq, bu da hesabda əks olundu”.

Komanda.az xəbər verir ki, bunu “Kəpəz”in seneqallı yarımmüdafiəçisi Latir Fal klubun rəsmi saytına açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Qarabağ”a 1:6 hesablı məğlubiyyəti şərh edib:

“Ağdam təmsilçisinə qarşı mübarizəmiz aşağı səviyyə idi. Amma bu oyundan nəticə çıxarmışıq, səhvlərimizi təhlil etmişik. İrəliyə baxırıq”.

Həmin matçda komandasının yeganə qoluna imza atan futbolçu öz oyunu haqda da danışıb:

“Öz oyunumla bağlı yaxşı bir şey fikirləşmirəm. Qol vursam da, çıxışımdan narazıyam. Çünki həm özüm, həm də komandamız bundan daha yaxşısını bacarır”.

Latir Fal turnir cədvəlində 9-cu pillədəki mövqelərini qoruyub saxlayacaqlarını və Premyer Liqanı tərk etməyəcəklərini deyib:

“Demək olar ki, növbəti mövsüm üçün yerimizi müəyyən qədər təmin etmişik. Amma rahatlaşmaq olmaz. Düzdür, xal fərqi böyükdür. Bununla belə, qarşıda 8 matç var. Mübarizə davam edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button