“2004-cü ildə “qızıl top”u mən qazanmalı idim” – Sabiq futbolçu

Braziliya millisinin və “İnter”in sabiq hücumçusu Adriano Leyte Ribeiro 2004-cü ildə “qızıl top” mükafatını ala bilməməsinin ədalətsiz qərar olduğunu bildirib.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, həmin il fərdi mükafatın ukraynalı hücumçu Andrey Şevçenkoya verilməsini xatırlayaraq, özünün də bu ada layiq olduğunu vurğulayıb:

“Düşünürəm ki, “qızıl top”u mən qazanmalı idim. Onu Şevçenko aldı – bəli, əla oyunçu idi, amma həmin dövrdə mən ondan geri qalmırdım. Ola bilsin, qalib gəlmək üçün bir az daha çox intizam və təşkilatçılıq çatmadı. Amma artıq keçmişi geri qaytarmaq mümkün deyil”.

“İmperator” ləqəbi ilə tanınan sabiq forvard peşəkar futbolçu karyerasını 2016-cı ildə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button