“Şaxtyor” olacaq – Emil Balayevin komandasının ilk rəqibi

Qazaxıstan Premyer Liqasında yeni mövsümün ilk turunun püşkü atılıb.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” klubunun da ilk turdakı rəqibi bəlli olub. Bu barədə Kostanay təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Balayevli “Tobol” yeni mövsümün açılış matçında öz meydanında “Şaxtyor”la qarşılaşacaq. Karaqanda təmsilçisi ilə görüş martın 7-də keçiriləcək.

“Tobol” son mövsümü 4-cü sırada bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button