Qayıbov Taha Ayhanla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhanla görüşüb.

Nazirlikdən Komanda.az-a verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının Bakıda keçirilən 3-cü iclası çərçivəsində baş tutan görüş zamanı Qayıbov qonağın tədbirə qatılmağından məmnunluğunu ifadə edib.

Bakıda təşkil olunan tədbirin Azərbaycanla ICYF arasında əməkdaşlığın növbəti mərhələyə keçməsinə səbəb olacağı qeyd edilib.