“Barselona”nın ağır zədə alan futbolçusu qayıdır

“Barselona”nın yarımmüdafiəçisi Qavi cari mövsümdə cəmi iki oyunda forma geyinə bilib. O, ötən ilin sentyabrında aldığı zədə səbəbindən uzun müddətdir meydanlardan uzaq qalıb.

Komanda.az Kataloniya klubunun saytına istinadən xəbər verir ki, Qavinin qayıdışı artıq uzaqda deyil. O, bir müddətdir fərdi proqram əsasında məşqlərini davam etdirir və hər gün tam bərpaya bir qədər də yaxınlaşır.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik ispaniyalı futbolçunun vəziyyəti ilə bağlı sualı cavablandırarkən əsas məqsədin prosesi tələsdirməmək olduğunu vurğulayıb.

“Barselona” hazırda La Liqada turnir cədvəlinin 2-ci pillədə qərarlaşıb və lider “Real”dan iki xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button