
Qavi məşqçilərinə təşəkkür etdi
İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Qavi zədəsindən sağalması zamanı məşqçilərinin dəstəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu bu çətin dövrdə ona kömək etdikləri üçün məşqçilər Hans-Diter Flik (“Barselona”) və Luis de la Fuenteyə (İspaniya millisi) minnətdarlığını bildirib:
“Flik daim məni dəstəkləyir və mənə məsləhətlər verir. O, həmçinin, ciddi zədələr alıb, mən onun köməyinə və qayğısına görə çox minnətdaram. De la Fuente də tez-tez mənə zəng edir. O, çox diqqətlidir, buna görə ona təşəkkür edirəm”.
Yarımmüdafiəçi avqust ayında diz zədəsi səbəbindən əməliyyat olunmaq məcburiyyətində qalıb. Onun meydana qayıtması qışın sonlarına planlaşdırılır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



