
Qavi İspaniya superkubokunun matçına gedəcək
“Barselona”nın yarımmüdafiəçisi Qavinin zədədən sağalması çox yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu klubla birlikdə İspaniya superkuboku matçlarının keçiriləcəyi Səudiyyə Ərəbistanına uçacaq. O, hələ matçlar üçün nəzərdən keçirilməsə də, meydandan kənarda komanda yoldaşlarına dəstək olmaq üçün hazır olacaq.
Qavi avqust ayından bəri əməliyyat tələb edən diz problemləri səbəbindən meydana çıxa bilməyib.
“Barselona” 7 yanvarda superkubokun yarımfinalında “Atletik”lə qarşılaşacaq. İkinci finalçı ertəsi gün “Real” və “Atletiko” arasında keçiriləcək matçda müəyyənləşəcək və final qarşılaşması 11 yanvarda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



