
Qavi: “Çox xoşbəxtəm”
“Barselona”nın yarımmüdafiəçisi Qavi uzunmüddətli zədədən sonra meydana qayıtmasını şərh edib. O, La Liqada “Sevilya”ya qarşı matçda əvəzləmədən meydana daxil olub və komandası 5:2 hesablı qələbə qazanıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu çox xoşbəxt olduğunu bildirib:
“Bu, ötən dəfəkindən daha çətin idi. Ağrılı bir proses oldu. “Kamp Nou”dakı atmosferi və azarkeşlərin dəstəyini hiss etdiyim üçün çox xoşbəxtəm. Emosiyalarımı sözlə ifadə edə bilmərəm. Çox xoşbəxtəm”.
“Sevilya” ilə matç Qavinin avqustdan bəri ilk oyunu idi. Onun komandası La Liqada 28 turdan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



