“Ümid edirəm ki, dünyanın ən yaxşı klubunda həyatın dadını çıxarmağa davam edə biləcəm!”

“Barselona”nın yarımmüdafiəçisi Qavi sosial şəbəkədə 2025-ci ilin yekunları ilə bağlı klubun azarkeşlərinə müraciət edib.

Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu paylaşımında qarşısına qoyduğu bur çox məqsədə çatdığını bildirib:

“Bu, mənim üçün möhtəşəm bir il oldu. Qarşıma qoyduğum bir çox məqsədə çatdım. Hamınıza sağlamlıq arzulayıram və ümid edirəm ki, dünyanın ən yaxşı klubunda həyatın dadını çıxarmağa davam edə biləcəm!”

Qavi bu mövsümdə La Liqada yalnız iki matç keçirib. O, əksər çempionat oyunlarını zədə səbəbindən buraxıb. Onun komandaya qayıdışının təxmin edilən vaxtı bu ilin fevralıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button