“Milan”ın keçmiş baş məşqçisi Cennaro Qattuzonun yeni iş yeri müəyyənləşib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis İspaniyanın “Valensiya” komandasının “sükanı arxasına” keçib. O, “yarasalar”la 2+1 illik müqaviləni razılaşdırıb. Qattuzo bu postda Xose Bordalası əvəzləyib.
Qattuzo son olaraq 2019-2021-ci illərdə “Napoli”nin baş məşqçisi olub.
Bizi Telegramda izləyin