“Benfika” ilə oyun Qarsiyanın karyerasına təsir edib

“Barselona”nın müdafiəçisi Erik Qarsiya 2025-ci ildə klubdan ayrılmaq üzrə olduğunu açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Benfika” ilə matçın hər şeyi dəyişdiyini deyib:

“Komo”ya gedəcəyim bir an var idi, amma “Benfika” ilə matç hər şeyi dəyişdi. Baş məşqçi Hans-Diter Fliklə danışdıqdan sonra qalmağa qərar verdim və indi deyə bilərəm ki, bu, düzgün seçim idi”.

İspaniyalı futbolçu 2025-ci ilin yanvar ayında İtaliyanın “Komo” klubuna keçməyə yaxın olub, lakin razılaşma baş tutmayıb və o, tezliklə “Barselona”nın start heyətinə daxil olub.

“Benfika” ilə həmin matç isə 2024/25 mövsümündə Çempionlar Liqasının ümumi mərhələsində baş tutub və kataloniyalıların 5:4 hesablı qələbəsiylə başa çatıb. Qarsiya həmin oyunda 86-cı dəqiqədə qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button