“Ağlınızda nə olursa olsun, Flik həmişə danışmağa hazırdır”

“Barselona”nın müdafiəçisi Erik Qarsiya komandanın baş məşqçisi Hans-Diter Fliklə münasibəti haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin həmişə söhbət, müzakirə üçün əlçatan olduğunu və bunun komanda mühitində vacibliyini bildirib:

“Onun oyunçularla ünsiyyət qura bilməsini vurğulayardım. Ağlınızda nə olursa olsun, o, həmişə danışmağa hazırdır. Bu, çox vacibdir”.

“Barselona”nın növbəti oyunu yanvarın 11-də, İspaniya superkubokunun finalında “Real”a qarşı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button