Qarayevin “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

“Neftçi” transfer işlərini davam etdirir.

Komanda.az xəbər verir ki, bu dəfə milli komandamızın sabiq üzvü Qara Qarayevlə 2+1 il şərtli müqavilə bağlanıb.

30 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandasının heyətində 2 nömrəli formanı geyinəcək.

Qarayev karyerası ərzində yalnız “Qarabağ” klubunda çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandamızın heyətində 76 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayevi, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi, həmçinin mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matiası və macarıstanlı Mark Tamaşı transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button