“Qarabağ”la oyundan əvvəl baş məşqçi istefaya göndərildi

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan “Ayntraxt” baş məşqçi Dino Toppmöllerlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Dino Toppmöller 2023-cü ilin yayında Frankfurt təmsilçisinin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.

“Qarabağ” – “Ayntraxt” qarşılaşması 21 yanvar tarixində Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button