
“Qarabağ”la oyunda başladığımız tempdə davam etmək çətin idi”
“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” üzərində qazanılan 3:2 hesablı qələbəni (ilk oyun 6:1) şərh edib.
Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan italiyalı futbolçu, “Qarabağ”a qarşı çətinlik çəkdiklərini söyləyib:
“Əlbəttə ki, əla başlanğıc idi. Altı dəqiqəyə iki qol vurmaq yaxşıdır. Bundan sonra oyun daha çox açıq keçdi. Ümumi hesab 9:3 olduğu üçün asan deyildi, ona görə də, başladığımız tempdə davam etmək çətin idi. Amma ən vacibi qalib gəlmək və növbəti mərhələyə yüksəlməkdir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



