“Qarabağ”la matçdan sonra inamı qaytarmaq vacib idi” – Qarayev

“Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə “Səbail” üzərində qələbədən (4:2) danışıb.

Komanda.az klubun televiziyasına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu bu qalibiyyətin çox əhəmiyyətli olacağını bildirib:

“Çətin oyun oldu. “Qarabağ”la matçdan sonra mütləq ritmi tutmaq, inamı qaytarmaq vacib idi. Düşünürəm ki, bu qələbə çox əhəmiyyətli olacaq. Oyunda elə elementlər var idi ki, gələcəkdə bunlardan yaxşı komanda formalaşacaq. Geridönüş mühüm idi. Bu qələbə futbolçuların yanaşmasının nəticəsi idi”.

“Ağ-qaralar” 19 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button