“Qarabağ”la matçdan əvvəl “Nyukasl”da ciddi itki

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müayinə nəticəsində 28 yaşlı braziliyalı futbolçunun sol budundan ciddi zədə aldığı aşkar olunub.

İngiltərə Premyer Liqasının 26-cı turunda “Tottenhem”lə matçda (2:1) zədələnən futbolçu bu səbəbdən iki ay komandasına kömək edə bilməyəcək. Yaxın vaxtlarda Gimarayeşin müalicə üçün vətəninə yollanacağı bildirilib.

Gimarayeş cari mövsümdə “Nyukasl”ın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-də, saat 00:00-da İngiltərədə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button