“Qarabağ”lı 67, “Zirə”li 20 dəqiqə şans qazandı

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin çıxış etdiyi Kabo-Verde millisi Afrika Millətlər kubokunun seçmə mərhələsində Mozambiklə qarşılaşıb.

Komanda.az xəbər verir ki, görüş Kabo-Verdenin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. “Qarabağ”ın futbolçusu Patrik Anrade də bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi 67-ci dəqiqədə əvəzlənib.

Mozambik yığmasının heyətində isə “Zirə”nin hücumçusu Klesio Bauk sözügedən matçda iştirak edib. Bauk, qarşılaşmanın 70-ci dəqiqəsində meydana daxil olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button