
“Qarabağ”ın U-19 komandasının “Ayaks”la matçının təyinatları məlum oldu
“Qarabağ”ın UEFA Gənclər Liqasının 6-cı turunda Bakıda “Ayaks”a (Niderland) qarşı keçirəcəyi matçın hakim təyinatları məlum olub.
Komanda.az xəbər verir ki, oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Marton Ruş olacaq. Ona Gerqo Viq-Tarsonyi və Balaş Şalay kömək edəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.
Qarşılaşma dekabrın 10-da “Azərsun Arena”da, saat 15:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



